Azərbaycan qara metalların idxalını 44 % azaldıb

Azərbaycan qara metalların idxalını 44 % azaldıb bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 84,6 milyon ABŞ dolları və 69,1 min ton azdır
Biznes
16 Mart , 2021 16:10
Azərbaycan qara metalların idxalını 44 % azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 105,5 milyon ABŞ dolları dəyərində 86,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 84,6 milyon ABŞ dolları (44,5 %) və 69,1 min ton (44,4 %) azdır.

Hesabat dövründə qara metallar və onlardan hazırlanan məmulatların idxalı Azərbaycanın ümumi idxalının 6,55 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi