Azərbaycan qadınların işçi qüvvəsində payına görə dünya reytinqində 20-ci yeri tutub

Azərbaycan qadınların işçi qüvvəsində payına görə dünya reytinqində 20-ci yeri tutub Reytinqə Mozambik başçılıq edir, Rusiya isə 51-ci yerdədir
Biznes
17 Oktyabr , 2017 13:18
Azərbaycan qadınların işçi qüvvəsində payına görə dünya reytinqində 20-ci yeri tutub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Dünya İqtisadi Forumu əmək bazarında gender balansı ilə bağlı dünya ölkələrinin reytinqini açıqlayıb. Azərbaycan qadınların işçi qüvvəsində payına görə reytinqdə 20-ci yeri tutub.

“Report” bu barədə Dünya İqtisadi Forumunun hesabatına istinadən xəbər verir.

Reytinqdə Mozambik 1-ci yeri tuturaq qadınların işçi qüvvəsində daha çox paya sahib olan ölkədir. Daha sonra siyahıda Ruanda və Burundi sıralanıb. Qeyd edək ki, reytinqdə Qazaxıstan (28), Rusiya (51), Ermənistan (82) və Gürcüstan (84) Azərbaycandan sonra yer alıb.

Son xəbərlər

Orphus sistemi