Azərbaycan Prezidenti: “Türkiyə iqtisadiyyatına 14 mlrd. dollar sərmayə qoyulub”

Azərbaycan Prezidenti: “Türkiyə iqtisadiyyatına 14 mlrd. dollar sərmayə qoyulub” Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 mlrd. dollardan çox sərmayə yatırıb
Biznes
25 Aprel , 2018 15:52
Azərbaycan Prezidenti: “Türkiyə iqtisadiyyatına 14 mlrd. dollar sərmayə qoyulub”

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Türkiyə iqtisadiyyatına 14 mlrd. ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 mlrd. dollardan çox sərmayə qoyub.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Prezident bildirib ki, yaxın vaxtlarda Trans-Anadolu Boru Kəmərinin (TANAP), STAR neft emalı zavodunun açılışı olacaq və bu layihələr imkanları daha da artıracaq.

Son xəbərlər

Orphus sistemi