Azərbaycan Portuqaliya ilə ikiqat vergitutmanı aradan qaldırmağa hazırlaşır

Azərbaycan Portuqaliya ilə ikiqat vergitutmanı aradan qaldırmağa hazırlaşır İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Portuqaliyanın Maliyyə Nazirliyi iki ölkə arasında gəlirlərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya layihəsində bəzi müddəa
Biznes
29 Noyabr , 2022 17:50
Azərbaycan Portuqaliya ilə ikiqat vergitutmanı aradan qaldırmağa hazırlaşır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Portuqaliyanın Maliyyə Nazirliyi iki ölkə arasında gəlirlərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya layihəsində bəzi müddəaları razılaşdırıb.

Bu barədə "Report"a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, müzakirələr Portuqaliyanın paytaxtı Lissabonda, layihə üzrə danışıqların növbəti mərhələsində aparılıb.

Müzakirələrdə çıxış edən Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev Konvensiyanın əhəmiyyətindən danışıb. O, bildirib ki, Konvesiyanın imzalanması hər iki ölkənin sərmayəçilərinə əlverişli biznes şəraitinin, vergi mühitinin yaradılması, qarşılıqlı məlumat mübadiləsi və vergi borclarının yığılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Dörd gün davam edən danışıqlar nəticəsində Konvensiya layihəsinin vergitutma ilə bağlı olan bütün müddəaları üzrə razılıq əldə olunub. Müzakirələr qarşılıqlı anlaşma şəraitində keçirilib, tərəflər açıq qalan məsələlərlə bağlı qısa vaxt ərzində razılığın əldə olunması üçün səylərin gücləndirilməsi barədə ortaq fikrə gəliblər.

Səfər çərçivəsində Portuqaliyanın Vergi və Gömrük Təşkilatının səlahiyyəti şəxsləri ilə “Transfer qiymətləri” mövzusunda fikir mübadiləsi də aparılıb. Dövlət Vergi Xidmətinin transfer qiymətləri üzrə eksperti görüşə video formatda qoşulub. Müzakirələr zamanı müxtəlif ölkələrin qabaqcıl təcrübələri nəzərdən keçirilib və tərəflər gələcəkdə bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi