Azərbaycan plastmas ixracından qazancını 93 %-dən çox artırıb

Azərbaycan plastmas ixracından qazancını 93 %-dən çox artırıb Bu ilin yanvar-aprel aylarında Azərbaycan 200,431 milyon ABŞ dolları dəyərində plastmas və onlardan hazırlanan məmulatlar idxal edib.
Biznes
148
28 Avqust , 2021 09:46
Azərbaycan plastmas ixracından qazancını 93 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 200,431 milyon ABŞ dolları dəyərində plastmas və onlardan hazırlanan məmulatlar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,715 milyon ABŞ dolları (0,9 %) çoxdur.

Yeddi ay ərzində Azərbaycanın plastmas və onlardan hazırlanan məmulatlar ixracının dəyəri isə 208,897 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 92,292 milyon ABŞ dolları (93,2 %) çoxdur.

Hesabat dövründə plastmas və onlardan hazırlanan məmulatlar üzrə idxal Azərbaycanın ümumi idxalının 3,18 %-ni, ixrac isə ümumi ixracın 1,83 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi