Azərbaycan "Patent haqqında" qanuna dəyişiklik edəcək

Azərbaycan "Patent haqqında" qanuna dəyişiklik edəcək Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın Patent haqqında qanununa dəyişikliklər ediləcək. Bununla bağlı qanun layihəsi hazırlanır.
Biznes
28 Noyabr , 2017 10:11
Azərbaycan Patent haqqında qanuna dəyişiklik edəcək
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin müavini Niyazi Rəhimov / Report

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın "Patent haqqında" qanununa dəyişikliklər ediləcək. Bununla bağlı qanun layihəsi hazırlanır.

"Report"un verdiyi xəbərə görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin müavini Niyazi Rəhimov bu gün Bakıda "Patent hüquq müqaviləsi və onun tətbiqi" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

"Patent haqqında" qanuna dəyişiklik qaçılmazdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) ekspetlərinin iştirakı ilə "Patent haqqında" qanun nəzərdən keçirilib. "Patent hüququ" sazişinə uyğunluq baxımından zəruri dəyişikliklərdən ibarət təkliflər layihəsi hazırlanır. Layihə yekun mərhələdədir", - komitə sədrinin müavini qeyd edib.

Son xəbərlər

Orphus sistemi