Azərbaycan Parisdə keçirilən “Çay şəhərciyi”ndə təmsil olunur

Azərbaycan Parisdə keçirilən “Çay şəhərciyi”ndə təmsil olunur Azərbaycan Fransanın paytaxtında təşkil olunan “Parisdə beynəlxalq çay kəndi” (“Village des thés”) beynəlxalq festivalda təmsil olunur.
Biznes
27 Sentyabr , 2019 22:55
Azərbaycan Parisdə keçirilən “Çay şəhərciyi”ndə təmsil olunur

Azərbaycan Fransanın paytaxtında təşkil olunan “Parisdə beynəlxalq çay kəndi” (“Village des thés”) beynəlxalq festivalda təmsil olunur. 

“Report” un Fransa bürosu xəbər verir ki, Azərbaycanın beynəlxalq festivalda iştirakı Fransada Azərbaycanın Dostları Assosiasiyası, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyi, eləcə də Paris Azərbaycan Evinin dəstəyi ilə baş tutub.

“Parisdə çay kəndi” festivalında iştirakın əsas məqsədi Azərbaycan çay mədəniyyətinin, yerli istehsal olan qida məhsullarının, o cümlədən “Kənddən Şəhərə” brendi altında qablaşdırılan Zaqatala çayının ölkədən kənarda tanıdılması və yeni beynəlxalq əlaqələrin yaradılmasıdır.

Parisdə Saint Sulpice meydanında keçirilən beynəlxalq festivalda Zaqatala çayı ilə bərabər digər yerli çay növləri, həmçinin çaya əlavə edilən yerli ədviyyatlar, müxtəlif şirniyyatlar və quru meyvələr sərgilənir. Festivalda Zaqatala çayının və digər ədviyyatlı çayların, qida məhsullarının dequstasiyası da təşkil olunur.

Festival çərçivəsində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətin nümayəndə heyəti ixrac potensialı böyük olan yerli istehsal məhsulların ixracına dəstək məqsədi ilə müxtəlif görüşlər keçirir. 10-dan çox ölkənin iştirak etdiyi Beynəlxalq Çay Şəhərciyi sentyabrın 29-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi