Azərbaycan pambıq idxalına çəkdiyi xərci 12% azaldıb

Azərbaycan pambıq idxalına çəkdiyi xərci 12% azaldıb Hesabat dövründə pambıq üzrə idxal Azərbaycanın ümumi idxalının 1,79 %-ni, ixrac isə ümumi ixracın 0,05 %-ni təşkil edib
Biznes
188
22 May , 2021 17:59
Azərbaycan pambıq idxalına çəkdiyi xərci 12% azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1,769 milyon ABŞ dolları dəyərində pambıq idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 240 min ABŞ dolları (11,9 %) azdır.

Dörd ay ərzində Azərbaycanın pambıq ixracının dəyəri isə 113,9 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 58,3 milyon ABŞ dolları (2 dəfə) çoxdur.

Hesabat dövründə pambıq üzrə idxal Azərbaycanın ümumi idxalının 1,79 %-ni, ixrac isə ümumi ixracın 0,05 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi