Azərbaycan Pakistanla ticarət dövriyyəsinin artmasında maraqlıdır

Azərbaycan Pakistanla ticarət dövriyyəsinin artmasında maraqlıdır Azərbaycan ilə Pakistan da daxil olmaqla “Şərq-Qərb” nəqliyyat dəhlizi ölkələri arasında ticarət dövriyyəsinin artmasına kömək edəcək əməkdaşlıq əlaqələrinin qurulması böyük əhəmiyyətə malikdir.
Biznes
26 Sentyabr , 2022 12:50
Azərbaycan Pakistanla ticarət dövriyyəsinin artmasında maraqlıdır

Azərbaycan ilə Pakistan da daxil olmaqla “Şərq-Qərb” nəqliyyat dəhlizi ölkələri arasında ticarət dövriyyəsinin artmasına kömək edəcək əməkdaşlıq əlaqələrinin qurulması böyük əhəmiyyətə malikdir.

“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Pakistanın “MUSLIM Institutunun” Azərbaycanda səfərdə olan sədri Sultan Ahmed Əlinin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə Mərkəz rəsmiləri bildirib.

Görüşdə İİTKM-in departament rəhbərləri Vüsalə Cəfərova və Rəşad Hüseynov Pakistan nümayəndə heyətinə regional ticarət, daşımalar və enerji sahəsində qurulan faydalı əməkdaşlıq, eləcə də ölkədə aparılan iqtisadi islahatlar barədə məlumatlar veriblər. Həmçinin, Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra Cənubi Qafqaz bölgəsindəki yeni əməkdaşlıq imkanları və bərpa ediləcək Zəngəzur nəqliyyat dəhlizinin regional ticarət və tranzit marşrutlarına təsiri haqqında danışılıb.

“MUSLIM Institutunun” sədri Sultan Ahmed Əli isə əlavə edib ki, rəhbərlik etdiyi qurum müsəlman dünyasında sülh və sabitliyin təşviqinə həsr olunan tədqiqat institutu olaraq, iqtisadi, təhlükəsizlik, siyasi, sosial, sağlamlıq və enerji problemlərini araşdırmaq üçün tədqiqatçıları, siyasətçiləri və ziyalıları bir araya gətirir. O bildirib ki, “MUSLIM Institutu” dünyanın üzləşdiyi müasir problemlərin dinamikasını vurğulamaq üçün çoxsaylı təşəbbüslər həyata keçirir, bu problemlərin səbəblərini və nəticələrini araşdırır, eyni zamanda həll yolları tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi