Azərbaycanın özəl sektoru Qırğızıstana sərmayə qoymağa dəvət olunur

Azərbaycanın özəl sektoru Qırğızıstana sərmayə qoymağa dəvət olunur Qırğız Respublikası prezidenti Sadır Japarov Azərbaycanın iri sahibkarları ilə görüşündə onları ölkəsinə səarmayə qoymağa dəvət edib.
Biznes
20 Aprel , 2022 18:14
Azərbaycanın özəl sektoru Qırğızıstana sərmayə qoymağa dəvət olunur

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın iri sahibkarları ilə görüşündə onları ölkəsinə sərmayə qoymağa dəvət edib.

“Report” xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti bildirib.

Qırğızıstanda Azərbaycan özəl sektoru ilə əməkdaşlığa böyük marağın olduğunu deyən dövlət başçısı ölkəsində enerji, qida sənayesi, infrastruktur, turizm, yeni texnologiyalar kimi sahələrdə sərmayə yatırmaq təklifini səsləndirib.

O cümlədən enerji sahəsində "Qəmbərata SES-1" və bir sıra başqa strateji əhəmiyyətli orta və kiçik su elektrik stansiyalarının tikintisi, turizm sahəsində istirahət ocaqlarının tikintisində iştirak etmək təklif olunub.

S.Japarov əmin olduğunu bildirib ki, Bakıda aparılan danışıqların nəticələri, əldə edilən razılaşmaların həyata keçirilməsi tezliklə ikitərəfli ticarət dövriyyəsində, Qırğızıstan iqtisadiyyatına yatırılan Azərbaycan sərmayələrinin həcmində özünü göstərəcək.

Görüşün sonunda Qırğızıstan Prezidenti yanında Milli Sərmayə Agentliyi ilə AZPROMO arasında əməkdaşlıq memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi