Azərbaycan Özbəkistanda keçiriləcək gülçülük sərgisində iştirak edəcək

Azərbaycan Özbəkistanda keçiriləcək gülçülük sərgisində iştirak edəcək Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan FLOWERS&GARDEN EXPO UZBEKISTAN beynəlxalq gülçülük və bağçılıq sərgisində iştirak edəcək.
Biznes
15 Fevral , 2019 11:29
Azərbaycan Özbəkistanda keçiriləcək gülçülük sərgisində iştirak edəcək
Новости Узбекистана

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan FLOWERS&GARDEN EXPO UZBEKISTAN beynəlxalq gülçülük və bağçılıq sərgisində iştirak edəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, sərgi mayın 24-dən 26-dək keçiriləcək.

Eksponatlar gül, bitki, toxum, floristika, dizayn, bağ bəzəkləri, dekorativ əşyalar və aksessuarlar və s. bölmələrdə təqdim olunacaq.

Sərgidə B2B formatında işgüzar görüşlər də təşkil ediləcək.

Azərbaycandan başqa, Almaniya, Hollandiya, İtaliya, Rusiya, Polşa, Çin, Tayland və Qırğız Respublikası kimi ölkələrdən olan şirkətlər və təşkilatlar sərgidə iştirak etmək istəyini bildirib.

Son xəbərlər

Orphus sistemi