Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalı məlum olub

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalı məlum olub Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalının yuxarı həddi 500 min ABŞ dolları müəyyən edilib.
Biznes
12 may 2023 08:25
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalı məlum olub

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalının yuxarı həddi 500 min ABŞ dolları müəyyən edilib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

“Fondun yaradılması barədə sazişə əsasən, baş ofis Daşkənddə, nümayəndəlik isə Bakıda olacaq. Fondun nizamnamə kapitalında Azərbaycanın payı 75 %, Özbəkistanın payı isə 25 %-dir. Fond gələcək layihələrə tərəfdaş olacaq. Fondun təsisçiləri sazişin qüvvəyə minməsindən sonra 60 gün ərzində müəyyən ediləcək. Fondun nizamnamə və investiisya qaydalarının hazırlanması üçün məsləhətçi şirkət cəlb ediləcək. Fondun Azərbaycan və Özbəkistan, eləcə də III ölkələrdə investisiya qoyması nəzərdə tutulub”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi