​Azərbaycan ötən il tütün idxalını 18% artırıb

​Azərbaycan ötən il tütün idxalını 18% artırıb 2014-cü ildə Azərbaycana 400 mln. dollarlıq tütün və tütün məmulatları idxal edilib
Biznes
19 Yanvar , 2015 15:48
​Azərbaycan ötən il tütün idxalını 18% artırıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Ötən il ərzində Azərbaycana 399,394 mln. ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2013-cü ilə nisbətən 17,9% çoxdur. Nəticədə 2014-cü ildə ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 4,35%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 12,755 mln. dollarlıq tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,6% çoxdur. Tütün və tütün əvəzedicilərinin 2014-cü ildə ixracı ölkənin ümumi ixracatının 0,06%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi