Bakı. 19 yanvar. REPORT.AZ/ Ötən il ərzində Azərbaycanda spirtli içkilərin ixracında müsbət dinamika müşahidə edilib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, 2014-cü ildə 31,875 mln. manat məbləğində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da öncəki ilə nisbətən 3,02% çoxdur.
Ötən il spirtli və spirtsiz içkilər ümumi ixracın 0,15%-ni təşkil edib.
Komitədən həmçinin bildirilib ki, hesabat dövründə Azərbaycana ümumilikdə 70,979 mln. manatlıq spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2013-cü illə müqayisədə 14,1% çoxdur.
Ötən il spirtli və spirtsiz içkilər və sirkənın ümumi idxalda payı 7,62% təşkil edib.