Azərbaycan ötən il Gürcüstanın II ixrac tərəfdaşı olub

Azərbaycan ötən il Gürcüstanın II ixrac tərəfdaşı olub 2020-ci ildə Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 934,4 milyon ABŞ dolları təşkil edib.
Biznes
128
20 Yanvar , 2021 11:25
Azərbaycan ötən il Gürcüstanın II ixrac tərəfdaşı olub

2020-ci ildə Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 934,4 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Sənədə əsasən, Azərbaycan Gürcüstanın ötənilki ticarət dövriyyəsində 8,2 % payla qonşu ölkənin ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yeri tutub.

Ötən il Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 13,2 % azalaraq 441,2 milyon ABŞ dolları olub. Gürcüstanın ümumi ixracında Azərbaycan 13,2 % paya sahib olmaqla qonşu ölkənin Çindən sonra ikinci əsas ixrac tərəfdaşı olub.

Hesabat ilində Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların ümumi dəyəri 493,1 milyon ABŞ dollarına bərabər olub ki, bu, 2019-cu ilin eyni göstəricisindən 11,7 % azdır. Gürcüstanın ümumi idxalında Azərbaycan 6,2 % payla qonşu ölkənin əsas idxal tərəfdaşları arasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra beşinci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi