Azərbaycan ötən il Gürcüstandan 33 mln. dollarlıq dərman alıb

Azərbaycan ötən il Gürcüstandan 33 mln. dollarlıq dərman alıb Tbilisi. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycan Gürcüstandan 2 171,2 min ton dərman vasitələri idxal edib.
Biznes
136
22 Yanvar , 2019 13:48
Azərbaycan ötən il Gürcüstandan 33 mln. dollarlıq dərman alıb

Tbilisi. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycan Gürcüstandan 2 171,2 min ton dərman vasitələri idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İdxal olunmuş medikamentlərin ümumi dəyəri 32 817,9 min ABŞ dolları təşkil edib.

2017-ci illə müqayisədə Gürcüstandan Azərbaycana dərman ixracı həcm baxımından 25,6 min ton az, məbləğ baxımından isə 10 507,6 min dollar çoxdur.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycan Gürcüstandan 22 310,3 min dollar dəyərində 2 196,8 min ton dərman idxal edib.

Son xəbərlər

Orphus sistemi