Azərbaycan ötən ay Türkiyənin Ərzurum vilayətindən 570 min dollarlıq mal idxal edib

Azərbaycan ötən ay Türkiyənin Ərzurum vilayətindən 570 min dollarlıq mal idxal edib Bakı. 7 mart. REPORT.AZ/ Bu ilin fevral ayında Türkiyənin Ərzurum şəhərindən xarici ölkələrə həyata keçirilən ixracın dəyərinə görə Azərbaycan lider olub.
Biznes
7 Mart , 2019 10:14
Azərbaycan ötən ay Türkiyənin Ərzurum vilayətindən 570 min dollarlıq mal idxal edib

Bakı. 7 mart. REPORT.AZ/ Bu ilin fevral ayında Türkiyənin Ərzurum şəhərindən xarici ölkələrə həyata keçirilən ixracın dəyərinə görə Azərbaycan lider olub.

“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, ay ərzində 15 ölkə buradan mal idxal edib ki, bunun da 20,7%-i və yaxud 569,9 min ABŞ dolları dəyərində olan hissəsi Azərbaycanın payına düşüb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 30,6% çoxdur. 

Yanvar-fevral aylarında isə Ərzurumdan 18 ölkəyə ixrac həyata keçirilib. Azərbaycan bu baxımdan 2-ci yeri tutub. 

Son xəbərlər

Orphus sistemi