Azərbaycan ötən ay Gürcüstandan 179 ədəd yük maşını idxal edib

Azərbaycan ötən ay Gürcüstandan 179 ədəd yük maşını idxal edib Qonşu ölkədən traktor idxalı 2 dəfədən çox artıb
Biznes
20 Fevral , 2021 12:05
Azərbaycan ötən ay Gürcüstandan 179 ədəd yük maşını idxal edib

Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 1,2 milyon ABŞ dolları dəyərində 179 ədəd yük maşını ixrac olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, nəqliyyat vasitələrinin sayı illik müqayisədə 25 ədəd artıb.

Hesabat ayında Azərbaycan Gürcüstandan ümumi dəyəri 203,43 min ABŞ dolları olan 8 ədəd traktor da idxal edib ki, bu da ötən ilin göstəricisindən 2 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi