Azərbaycan müəssisələri Özbəkistan bazarına daxil olmaq istəyir

Azərbaycan müəssisələri Özbəkistan bazarına daxil olmaq istəyir Onlara vergi güzəştləri verilə bilər
Biznes
356
23 İyul , 2020 14:17
Azərbaycan müəssisələri Özbəkistan bazarına daxil olmaq istəyir

“Azərbaycanın qablaşdırma sənayesi üzrə fəaliyyət göstərən müəssisələrə Özbəkistanda fəaliyyətlə bağlı dəvət gəlib”.

Bunu “Report”a Azərbaycan Qablaşdırma Assosiasiyasının İdarə Heyətinin sədri Kamran Hacızadə bildirib.

Onun sözlərinə görə, Özbəkistan tərəfi Azərbaycanın qablaşdırma sənayesində böyük təcrübəsinin olduğunu bildirib: “Onlar qeyd ediblər ki, Azərbaycan müəssisələri 10 illik torpaq vergisindən azad ediləcəklər. Özbəkistanda fəaliyyət göstərməkdə maraqlı olan bizim qablaşdırma sənayesi üzrə müəssisələrimiz var. Çünki 34 milyonluq əhaliyə malik böyük dövlətdir, həmçinin Qazaxıstan, Qırğızıstan, Türkmənistanla həmsərhəddir”.

K.Hacızadə qeyd edib ki, hazırda müzakirələr gedir: “Özbəkistan tərəfi ilə müəyyən razılığa gəlinib, lakin koronavirus pandemiyasına görə işlər bir qədər ləngiyir”.

Xatırladaq ki, hazırda Azərbaycanda tranzit, ticarət, sənaye və xidmət sahələrində Özbəkistan kapitallı 30-dək şirkət fəaliyyət göstərir. Özbəkstanda 84 Azərbaycan müəssisəsi fəaliyyət göstərir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan-Özbəkistan ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 17% artaraq 36 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə ixrac 35% azalaraq 5 milyon 490,39 min ABŞ dolları, idxal isə 38% artaraq 30 milyon 553,39 min ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi