Azərbaycan Mərakeşlə biznesdə təşviq mexanizmləri barədə fikir mübadiləsi aparıb

Azərbaycan Mərakeşlə biznesdə təşviq mexanizmləri barədə fikir mübadiləsi aparıb Azərbaycan və Mərakeş arasında biznesdə təşviq mexanizmləri barədə fikir mübadiləsi aparılıb.
Biznes
16 noyabr 2023 10:37
Azərbaycan Mərakeşlə biznesdə təşviq mexanizmləri barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Mərakeş arasında biznesdə təşviq mexanizmləri barədə fikir mübadiləsi aparılıb.

"Report" bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Məlumata görə, Mərakeş-Azərbaycan biznes forumu çərçivəsində qurumun rəhbəri Yusif Abdullayevlə Mərakeş İnvestisiya və İxracın İnkişafı Agentliyinin (AMDIE) baş direktoru Əli Seddiki arasında görüş keçirilib. Görüşdə tərəflər qurumların tətbiq etdiyi təşviq mexanizmlərinə dair fikir mübadiləsi aparıblar. Y.Abdullayev "Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərindən biri olan sahibkarların beynəlxalq sərgilərdə iştirakının təmin olunmasına dəstəyin göstərilməsi haqqında danışıb. Ə.Seddiki AMDIE-nin analoji sahə üzrə icra etdiyi dəstək mexanizmlərinin mahiyyətini diqqətə çatdırıb. Qurumlar arasında ortaq maraqlara və məqsədlərə söykənən tərəfdaşlığın inkişaf etdirilməsi üçün bütün ilkin şərtlərin formalaşdığı xüsusilə vurğulanıb.

Görüşün sonunda Y.Abdullayev həmkarı Ə.Seddikini Azərbaycana işgüzar səfər etməyə dəvət edib.

Xatırladaq ki, noyabrın 14-də Mərakeşin paytaxtı Rabatda Azərbaycan və Mərakeş arasında ikitərəfli əməkdaşlıq üzrə birgə Komissiyanın 2-ci iclası çərçivəsində AZPROMO və AMDIE-nin birgə təşkilatçılığı ilə keçirilən Mərakeş-Azərbaycan biznes forumunda qurumlar arasında Anlaşma Memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi