Azərbaycan Meksikadan spirtli içki idxalını xeyli artırıb

Azərbaycan Meksikadan spirtli içki idxalını xeyli artırıb Meksikadan Azərbaycana spirtli içki ixracı əhəmiyyətli dərəcədə artıb.
Biznes
14 May , 2020 16:52
Azərbaycan Meksikadan spirtli içki idxalını xeyli artırıb

Meksikadan Azərbaycana spirtli içki ixracı əhəmiyyətli dərəcədə artıb.

“Report” xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

2014-2019-cu illərdə Azərbaycana tekila ixracında 557% artım müşahidə olunub. Belə ki, məhsulun ümumi dəyəri 2014-cü ildə 136 min ABŞ dolları olmuşdusa, 2019-cu ildə bu rəqəm 896 min ABŞ dolları təşkil edib. 2019-cu ildə Azərbaycanın idxal etdiyi tekila 2018-ci illə müqayisədə 169% artıb.

2014-2019-cu illər üzrə Azərbaycanın idxal etdiyi Meksika pivəsinin göstəriciləri isə daha böyük artım (1 593%) olduğunu göstərir.

Son xəbərlər

Orphus sistemi