Azərbaycan məhsulları Səudiyyə Ərəbistanı bazarına BƏƏ-dən çıxa bilər

Azərbaycan məhsulları Səudiyyə Ərəbistanı bazarına BƏƏ-dən çıxa bilər İstehsalın müəyyən mərhələsini BƏƏ-yə salmaq mümkündür
Biznes
7 İyul , 2017 15:52
Azərbaycan məhsulları Səudiyyə Ərəbistanı bazarına BƏƏ-dən çıxa bilər

Bakı. 7 iyul. REPORT.AZ/ "Səudiyyə Ərəbistanının bazarına daxil olmaq üçün istehsalın müəyyən mərhələsini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) salmaq olar". 

"Report" xəbər verir ki, bunu Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev deyib.

Onun sözlərinə görə, hazırda BƏƏ böyük həcmdə kənd təsərrüfatı məhsullarının idxalçısıdır: "Bu regionda kənd təsərrüfatı məhsullarının istehsalı çox çətindir. Həmçinin BƏƏ "reexport" imkanlarına malik olan ölkədir. Buna görə də, istehsalın bir mərhələsini bura salmaq olar".

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu isə Azərbaycanın Çinə böyük ixrac imkanının olduğunu qeyd edib: "Təkcə onu deyə bilərəm ki, bu ilin yanvar-aprel aylarında Çin 560 mlrd. ABŞ dolları məbləğində məhsul idxal edib. Bu gün şərab, meyvə-tərəvəz və başqa sahələrdə ixrac imkanlarımız var".

Son xəbərlər

Orphus sistemi