Azərbaycan məhsulları Qətərdə sərgilənir

Azərbaycan məhsulları Qətərdə sərgilənir Bakı. 9 oktyabr. REPORT.AZ/ Qətərin paytaxtı Dohada “Birinci Beynəlxalq məhsullar” sərgisinin açılışı olub.
Biznes
9 Oktyabr , 2018 09:50
Azərbaycan məhsulları Qətərdə sərgilənir
economy.gov.az
0 : 00
0 : 00

Bakı. 9 oktyabr. REPORT.AZ/ Qətərin paytaxtı Dohada “Birinci Beynəlxalq məhsullar” sərgisinin açılışı olub. 

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. 

Qurumun dəstəyi, Azərbaycanın Qətərdəki səfirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan məhsulları sərgidə təqdim olunur. On ölkənin şırkətlərinin iştirak etdiyi sərgidə qida, tekstil, sənaye, dizayn və digər sahələrdə fəaliyyət göstərən 18 Azərbaycan şirkəti fərdi qaydada iştirak edir.

Digər sərgilərdə olduğu kimi “Birinci Beynəlxalq məhsullar” sərgisində də Azərbaycan məhsulları xarici şirkətlər və sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır və məhsullarımızın ixracına dair ilkin danışıqlar aparılır.

Sərgi sabah başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi