Azərbaycan şirkətləri məhsullarını “MosBuild 2019” sərgisində təqdim edəcək

Azərbaycan şirkətləri məhsullarını “MosBuild 2019” sərgisində təqdim edəcək İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları 2-5 aprel tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək “MosBuild 2019” beynəlxalq tikinti və inşaat materialları sərgisində nümayiş olunacaq.
Biznes
1 aprel 2019 12:40
Azərbaycan şirkətləri məhsullarını “MosBuild 2019” sərgisində təqdim edəcək
0 : 00
0 : 00

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları 2-5 aprel tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək “MosBuild 2019” beynəlxalq tikinti və inşaat materialları sərgisində nümayiş olunacaq.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Sərgidə 10 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edəcək.

Sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçiriləcək, məhsulların ixracına dair müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi