Azərbaycan məhsulları “KazBuild 2018” sərgisində nümayiş etdirilib

Azərbaycan məhsulları “KazBuild 2018” sərgisində nümayiş etdirilib Bakı. 4 sentyabr. REPORT.AZ/ Bu gün Qazaxıstanın Almatı şəhərində “Kazbuild 2018” inşaat və tikinti malları sərgisi açılıb.
Biznes
4 Sentyabr , 2018 16:27
Azərbaycan məhsulları “KazBuild 2018” sərgisində nümayiş etdirilib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bu gün Qazaxıstanın Almatı şəhərində “Kazbuild 2018” inşaat və tikinti malları sərgisi açılıb.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində Azərbaycanın 14 şirkətinin istehsal etdiyi tikinti materialları nümayiş olunur.

Qeyd edək ki, bu sərgi Azərbaycanın tikinti materiallarının “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim olunduğu ilk beynəlxalq sərgidir.

Sərgi sentyabrın 6-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi