Azərbaycan məhsulları Almaniyada nümayiş olunacaq

Azərbaycan məhsulları Almaniyada nümayiş olunacaq Oktyabrın 5-9-da Almaniyanın Köln şəhərində “Anuga 2019” beynəlxalq ərzaq sərgisi keçiriləcək.
Biznes
3 Oktyabr , 2019 09:49
Azərbaycan məhsulları Almaniyada nümayiş olunacaq

Oktyabrın 5-9-da Almaniyanın Köln şəhərində “Anuga 2019” beynəlxalq ərzaq sərgisi keçiriləcək.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, sərgidə Azərbaycan qida sənayesi məhsulları istehsalı ilə məşğul olan 18 yerli şirkətlə təmsil olunacaq.

Xatırladaq ki, “Anuga 2019” dünyanın ən böyük ərzaq sərgilərindəndir. Sərgidə hər il dünyanın 100-dən çox ölkəsindən şirkətlər təmsil olunur.

Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 1 110 466,51 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 55 197,64 min dollar və ya 5,23% çoxdur. Bu ilin 8 ayında iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 4,85%-ə bərabər olub. Bu həcmin 644 748,18 min dolları ixracın payına düşüb ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 25 179,81 min dollar və ya 4,06% çoxdur. Bu müddət ərzində ticarət dövriyyəsinin 465 718,33 min dolları idxalın payına düşüb ki, bu da 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 30 017,83 min dollar və ya 6,89% çoxdur. 

Azərbaycanın Almaniya ilə ixracdakı payı ümumi ixracın 4,77%-nə, idxaldakı payı isə ümumi idxalın 4,96%-nə bərabərdir.

Son xəbərlər

Orphus sistemi