“Azərbaycan Kredit Bürosu”na kredit təşkilatlarından daxil olan sorğuların sayı 56% artıb

“Azərbaycan Kredit Bürosu”na kredit təşkilatlarından daxil olan sorğuların sayı 56% artıb 2019-cu ildə “Azərbaycan Kredit Bürosu” MMC-yə (AKB) kredit təşkilatlarından 2 882 846 sorğu daxil olub.
Biznes
17 Yanvar , 2020 15:29
“Azərbaycan Kredit Bürosu”na kredit təşkilatlarından daxil olan sorğuların sayı 56% artıb

2019-cu ildə “Azərbaycan Kredit Bürosu” MMC-yə (AKB) kredit təşkilatlarından 2 882 846 sorğu daxil olub.

“Report” şirkətə istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 1 037 702 və yaxud 56,2% çoxdur.

Sorğuların 2 572 178-i və yaxud 89,2%-i banklara, 309 939-u və yaxud 10,75%-i isə bank olmayan kredit təşkilatlarına, 90-nı kredit ittifaqlarına, 502-si lizinq şirkətlərinə, 137-si isə nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslərə aid olub.

İl ərzində təkcə Büronun skorinq xidmətindən 1 923 000 sayda istifadə qeydə alınıb ki, bu da ümumi sorğuların 66,7%-ni təşkil edib.

Bununla yanaşı, hesabat dövründə 31 377 şəxs kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət edib. Müraciət etmiş şəxslərin 31 230-u və yaxud 99,5%-i fiziki, 147-si və yaxud 0,5%-i isə hüquqi şəxslər olub.

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.

Son xəbərlər

Orphus sistemi