Azərbaycan KOB-ları Qətərdə keçirilən sərgidə iştirak edir

Azərbaycan KOB-ları Qətərdə keçirilən sərgidə iştirak edir Bu gün Qətərin paytaxtı Dohada 9-cu Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi işə başlayıb.
Biznes
10 Mart , 2022 15:09
Azərbaycan KOB-ları Qətərdə keçirilən sərgidə iştirak edir

Bu gün Qətərin paytaxtı Dohada 9-cu Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi işə başlayıb.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Məlumata görə, Doha Sərgi və Konqres Mərkəzində keçirilən sərgidə nazirliyin dəstəyi, KOBİA-nın təşkilatçılığı və ölkəmizin Qətər Dövlətindəki Səfirliyi ilə əlaqələndirilməklə Azərbaycan pavilyonunda “Made in Azerbaijan” brendi ilə yerli məhsullarımız nümayiş olunur. Sərgidə kənd təsərrüfatı, qida və ətraf mühit sahələri üzrə Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq subyektləri zəfəran, çiyələk, mürəbbə, kompot, meyvə şirələri, konservləşdirilmiş məhsullar, narşərab, lavanda yağı və balı, qablaşdırılmış giləmeyvə, təbii və soyuq sıxım qida yağları və s. sərgiləyir. Pavilyonda həmçinin, yerli şirkətlərimiz kənd təsərrüfatı üçün müasir həllər, aqrar sahə üzrə biokimya məhsulları və zəhərli tullantıların təkrar emalı üzrə xidmətlər təqdim edir.

Pavilyonumuzda həmçinin, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, KOBİA-nın ölkəmizə investisiya yatırmaqda və yerli tərəfdaşlarla əməkdaşlıq qurmaqda maraqlı olan xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilir, video və çap materialları nümayiş olunur.

Martın 14-nə qədər davam edəcək sərgi çərçivəsində iş adamları arasında görüşlərin keçirilməsi üçün Azərbaycan pavilyonunda müvafiq şərait də yaradılıb.

Son xəbərlər

Orphus sistemi