Azərbaycan kauçuk idxalına çəkdiyi xərci 25 %-dən çox artırıb

Azərbaycan kauçuk idxalına çəkdiyi xərci 25 %-dən çox artırıb Hesabat dövründə kauçuk, rezin və onlardan hazırlanan məmulatlar üzrə idxal Azərbaycanın ümumi idxalının 1,29 %-ni təşkil edib
Biznes
25 Avqust , 2021 09:22
Azərbaycan kauçuk idxalına çəkdiyi xərci 25 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 81,151 milyon ABŞ dolları dəyərində kauçuk, rezin və onlardan hazırlanan məmulatlar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,318 milyon ABŞ dolları (25,2 %) çoxdur.

Yeddi ay ərzində Azərbaycanın kauçuk, rezin və onlardan hazırlanan məmulatlar ixracının dəyəri isə 275 min ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 471 min ABŞ dolları (2,7 dəfə) azdır.

Hesabat dövründə kauçuk, rezin və onlardan hazırlanan məmulatlar üzrə idxal Azərbaycanın ümumi idxalının 1,29 %-ni, ixrac isə ümumi ixracın 0 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi