Azərbaycan kakao idxalına çəkdiyi xərci 21 %-dən çox artırıb

Azərbaycan kakao idxalına çəkdiyi xərci 21 %-dən çox artırıb Hesabat dövründə kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,91 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib
Biznes
18 May , 2021 13:47
Azərbaycan kakao idxalına çəkdiyi xərci 21 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 32,176 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,619 milyon ABŞ dolları (21,2 %) çoxdur.

Dörd ay ərzində Azərbaycanın kakao və ondan hazırlanan məhsullar ixracının dəyəri isə 1,438 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,038 milyon ABŞ dolları (2,6 %) azdır.

Hesabat dövründə kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,91 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi