Nazir müavini: "Azərbaycan istehsalı olan minik avtomobilləri uğurla satılır"

Nazir müavini: "Azərbaycan istehsalı olan minik avtomobilləri uğurla satılır" İqtisadiyyat Nazirliyinin Neftçala Sənaye Məhəlləsində istehsal olunan Khazar markalı minik avtomobillərindən bu il 3 minə qədər satılıb.
Biznes
104
3 Dekabr , 2019 15:45
Nazir müavini: Azərbaycan istehsalı olan minik avtomobilləri uğurla satılır

"İqtisadiyyat Nazirliyinin Neftçala Sənaye Məhəlləsində istehsal olunan "Khazar" markalı minik avtomobillərindən bu il 3 minə qədər satılıb". 

Bunu "Report"a açıqlamasında nazir müavini Niyazi Səfərov deyib. 

"Avtomobillərin istehsal olunduğu zavod qısa müddət ərzində bazarda yer tuta bilib, onun məhsulları həm nağd, həm də lizinq yolu ilə satılır, servislə təmin edilir. Gələn il bazara yeni modellər çıxarılacaq. Zavodun bazarda payını artırmaqla bağlı strategiyası var və ona uyğun işini qurur", - o qeyd edib. 

Bundan başqa, N.Səfərovun sözlərinə görə, "Khazar” markalı maşınların Rusiya, Gürcüstan, Ukrayna və digər ölkələrə ixrac imkanları araşdırılır: "Yəqin ki, 2020-ci ildə bu istiqamətdə uğurlarımız olacaq". 

Son xəbərlər

Orphus sistemi