"Azərbaycan İnvestisiya Şirkəti" biznes ortağı axtarır

"Azərbaycan İnvestisiya Şirkəti" biznes ortağı axtarır İqtisadiyyat Nazirliyi yanında "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) sahibkarları əməkdaşlığa və birgə layihələrin həyata keçirilməsinə dəvət edir.
Biznes
8 iyun 2021 13:45
 Azərbaycan İnvestisiya Şirkəti biznes ortağı axtarır

İqtisadiyyat Nazirliyi yanında "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) sahibkarları əməkdaşlığa və birgə layihələrin həyata keçirilməsinə dəvət edir.

"Report" xəbər verir ki, bu barədə AİŞ-in açıqlamasında bildirilir.

"Ortağımız olmaqla biznesinizə əhəmiyyətli investisiyalar cəlb edə bilərsiniz. Kreditdən fərqli olaraq, AİŞ şirkətinizin nizamnamə kapitalına maliyyə investisiyaları qoyur. Bu investisiyaların məbləği kapital qoyuluşlarının ümumi məbləğinin 30 %-i qədər ola bilər ki, bu da maliyyələşdirmə üzrə faiz ödənişlərinin olmayacağı deməkdir. AİŞ-in layihədə iştirakının orta müddəti 5 ildən 7 ilə qədərdir.

Bundan əlavə, AİŞ maliyyə modellərinin inkişafına, bazarın təhlilinə və təşkilati məsələlərə kömək edə, xarici tərəfdaşların və investorların cəlb edilməsində yardımçınız ola bilər. AİŞ yalnız yeni layihələrə deyil, həm də Azərbaycanın qeyri-neft sektorundakı mövcud şirkətlərin fəaliyyətinin genişləndirilməsinə və inkişafına investisiya qoymağa hazırdır.

AİŞ-lə əməkdaşlığa başlamaq üçün yalnız layihəniz üçün iş planı təqdim etməlisiniz. İşbirliyində maraqlı olanlar AİŞ-in veb səhifəsi ilə (https://www.aic.az) və yaxud (012) 488 80 10 nömrəli telefonla əlaqə saxlaya bilərlər. Suallarınızı [email protected] elektron poçtu ilə də göndərə bilərsiniz", - deyə şirkət bəyan edib.

Xatırladaq ki, AİŞ 2006-cı ildə ölkə prezidentinin Fərmanı ilə, sahibkarlıq fəaliyyətini dəstəkləmək və genişləndirmək, qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi