"Azərbaycan İnvestisiya Şirkəti" Balakən Konserv Zavodundan pay alıb

"Azərbaycan İnvestisiya Şirkəti" Balakən Konserv Zavodundan pay alıb İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) ilə A.Ansuxski adına Balakən Konserv Zavodunun idarə edilməsi ilə məşğul olan “Balacans Agro Food” MMC arasında investisiya müqaviləsi imzalaıb.
Biznes
6 Dekabr , 2021 13:07
Azərbaycan İnvestisiya Şirkəti Balakən Konserv Zavodundan pay alıb

İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) ilə A.Ansuxski adına Balakən Konserv Zavodunun idarə edilməsi ilə məşğul olan “Balacans Agro Food” MMC arasında investisiya müqaviləsi imzalaıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı Balakəndə nazirin müavini Niyazi Səfərov, AİŞ-in icraçı direktoru Ülvi Mansurov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və “Balacans Agro Food”un Direktorlar Şurasının sədri Əbdülqadir Ansuxskinin iştirakı ilə görüş keçirilib. Görüşdə müəssisənin fəaliyyəti barədə məlumat verilib, rayonun aqrar-sənaye potensialının reallaşdırılması, sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb.

İnvestisiya müqaviləsinə əsasən, AİŞ istehsal xətlərinin genişləndirilməsi, müxtəlif salat konservləri, kompot, cem-mürəbbə, meyvəqurutma və s. kimi yeni investisiya istiqamətlərinin reallaşdırılmasını nəzərdə tutan layihədə payçılıq prinsipi ilə iştirak edəcək. Layihənin həyata keçirilməsi üçün tələb olunan investisiya məbləği 4,7 milyon manat təşkil edir. Layihə çərçivəsində 100-ə qədər daimi iş yeri yaradılacaq. Müəssisə fəaliyyət göstərdiyi regionda mövcud aqrar xammal bazasından yararlanaraq istehsal etdiyi məhsulları yerli və xarici bazara çıxaracaq.

Xatırladaq ki, “Balacans Agro Food” MMC qida məhsullarının istehsalı, qablaşdırılması (“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC üçün “Cappy” meyvə şirəsi və s.), satışı, meyvə bağları və birillik əkin, soyuducu anbar və enerji içkilərinin qablaşdırılması sahələrində fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi