Azərbaycan içki ixracını kəskin azaldıb

Azərbaycan içki ixracını kəskin azaldıb Bakı. 21 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 7 161,66 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edilib.
Biznes
21 İyul , 2018 14:45
Azərbaycan içki ixracını kəskin azaldıb

Bakı. 21 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 7 161,66 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 105,16 min dollar və yaxud 36,44% azdır.

Bu ilin ilk yarısında içki ixracı ümumi ixracın 0,08%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 35 835,16 min dollar olub. Bu isə 1 il əvvələ nisbətən 6 422 min dollar və yaxud 21,83% çoxdur.

İçki idxalı ümumi idxalda 0,86%-lik paya malik olub.

Son xəbərlər

Orphus sistemi