Azərbaycan İranda keçiriləcək beynəlxalq ət məhsulları sərgisində iştirak edəcək

Azərbaycan İranda keçiriləcək beynəlxalq ət məhsulları sərgisində iştirak edəcək Sərgi üç gün davam edəcək
Biznes
2 Noyabr , 2016 11:57
Azərbaycan İranda keçiriləcək beynəlxalq ət məhsulları sərgisində iştirak edəcək

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Tehranda (İran) keçiriləcək beynəlxalq halal ət məhsulları sərgisində ("Meatex 2016") iştirak edəcək. "Report"un "Tehrantimes" saytına istinadən verdiyi xəbərə görə, tədbir noyabrın 5-8-də keçiriləcək.

Qeyd edək ki, Tehran halal  ət məhsulları və bu sənayenin məhsullarına dair beynəlxalq sərgiyə ilk dəfədir ev sahibliyi edir.

Tədbirin məqsədi xarici investisiya cəlb etmək, ölkəyə müasir texnologiya və texnoloji biliklər gətirmək, habelə mövcud müəssisələri yeniləmək və İran məhsullarının ixracının genişləndirilməsinə kömək etməkdir.

Sərgidə 53 İran şirkəti və Azərbaycan, Çin, Türkiyə, İspaniya, Yunanıstan, Finlandiya, Almaniya, Livan, Avstraliya da daxil olmaqla 9 ölkədən 14 şirkət öz məhsullarını təqdim edəcəklər.

Dünyada sürətlə böyüyən qlobal halal sənaye məhsulları seqmenti 2,3 trln. dollar həcmində dəyərləndirilir.

Son xəbərlər

Orphus sistemi