Azərbaycan-İran sərhəd keçid məntəqəsinin gündəlik iş vaxtı artırılıb

Azərbaycan-İran sərhəd keçid məntəqəsinin gündəlik iş vaxtı artırılıb Oktyabrın 29-dan Şahtaxtı və Poldəşt gömrük orqanları saat 08:30-dan saat 20:30-dək fəaliyyət göstərəcək
Biznes
28 Oktyabr , 2016 17:59
Azərbaycan-İran sərhəd keçid məntəqəsinin gündəlik iş vaxtı artırılıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan ilə İran arasında Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsinin gündəlik iş rejimi 10 saatdan 12 saata çatdırılıb. Bu barədə “Report”a Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Məluamta görə, artıq oktyabrın 29-dan Şahtaxtı və Poldəşt gömrük orqanları Bakı vaxtı ilə saat 08:30-dan saat 20:30-dək fəaliyyət göstərəcək.

Bu yenilik Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin İranın Qərbi Azərbaycan vilayətinə səfəri çərçivəsındə imzalanmış iqtisadi və mədəni sahələrdə əməkdaşlıq haqqında memoranduma əsasən həyata keçirilib: “İş vaxtının uzadılması vətəndaşların Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsindən istifadəsinin daha da yaxşılaşmasına, eləcə də xarici ticarət dövriyyəsinin artmasına şərait yaradacaq”.

Beynəlxalq statusa malik Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsində tətbiq olunan yeniliklərdən biri də yüklü nəqliyyat vasitələrinin buraxılışının təmin olunmasıdır.

Qurum bəyan edir ki, İranın Poldəşt gömrüyünün yenidən qurulması və iş prosesində elektron idarəetmə sisteminin tətbiqinə başlanılması imkan verir ki, Naxçıvan MR-dan xarici ölkələrə və Azərbaycanın digər bölgələrinə gedən və əks istiqamətdə gələn yüklü nəqliyyat vasitələrinin buraxılışı həyata keçirilə bilsin: “Bu isə öz növbəsində xarici ticarət əməliyyatları ilə bərabər Naxçıvanın tranzit potensialının artmasına əlavə stimuldur”.

Son xəbərlər

Orphus sistemi