​Azərbaycan İnvestisiya Şirkəti 450 mln. dollar xarici investisiya cəlb edib

​Azərbaycan İnvestisiya Şirkəti 450 mln. dollar xarici investisiya cəlb edib Layihələr çərçivəsində İsveçrə, Almaniya, Sinqapur, Türkiyə və digər ölkələrin qabaqcıl texnologiya və təcrübəsi tətbiq edilib
Biznes
12 Yanvar , 2016 14:04
​Azərbaycan İnvestisiya Şirkəti 450 mln. dollar xarici investisiya cəlb edib

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan İnvestisiya Şirkəti indiyədək tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistika və s. sahələr üzrə ümumi dəyəri 1,1 mlrd. ABŞ dollarından artıq olan layihələrdə iştirak edib.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu layihələrə 450 mln. dollar həcmində birbaşa xarici investisiyalar cəlb olunub. Layihələr çərçivəsində İsveçrə, Almaniya, Sinqapur, Türkiyə və digər ölkələrin qabaqcıl texnologiya və təcrübəsi tətbiq edilib.

"Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) ASC Azərbaycan Prezidentinin 2006-cı il 30 mart tarixli 1395 nömrəli "İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında" sərəncamı ilə yaradılıb.

AİŞ-in əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.

Son xəbərlər

Orphus sistemi