Azərbaycan Gürcüstanın birinci ixrac tərəfdaşı oldu

Azərbaycan Gürcüstanın birinci ixrac tərəfdaşı oldu Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 90 milyon 276,4 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Biznes
19 Mart , 2020 11:05
Azərbaycan Gürcüstanın birinci ixrac tərəfdaşı oldu

Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 90 milyon 276,4 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracı 54,6% artıb.

Hesabat dövründə Gürcüstanın ümumi ixracında 17,2% paya sahib olan Azərbaycan qonşu ölkənin birinci əsas ixrac tərəfdaşı olub.

Bu ilin yanvar ayında Azərbaycan Gürcüstanın ümumi ixracında 16,7% paya sahib olmaqla, Çindən sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

Azərbaycan bu mövqedə Çini əvəzləyib. Belə ki, bu ilin yanvar ayında Gürcüstanın birinci ixrac bazarı Çin, ikincisi isə Azərbaycan olub. Yanvar-fevralda isə Çin ikinci yerdə qərarlaşıb. Buna səbəb Gürcüstanın koronavirus epidemiyasına görə Çin ilə ticarət münasibətlərini dayandırmasıdır. Yanvar-fevralda Gürcüstanın Azərbaycana ixrac etdiyi əsas məhsulların ilk beşliyinə minik avtomobilləri, yük maşınları, tütün məmulatları, medikamentlər və dondurulmuş balıq daxil olub.

Son xəbərlər

Orphus sistemi