Azərbaycan Gürcüstandan siqaret idxalını 2 dəfəyə yaxın azaldıb

Azərbaycan Gürcüstandan siqaret idxalını 2 dəfəyə yaxın azaldıb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 1 705 038 qutu (hər birisində 1000 ədəd olur) siqaret və digər tütün məmulatları idxal edib.
Biznes
29 Noyabr , 2019 10:51
Azərbaycan Gürcüstandan siqaret idxalını 2 dəfəyə yaxın azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 1 705 038 qutu (hər birisində 1000 ədəd olur) siqaret və digər tütün məmulatları idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Qonşu ölkədən Azərbaycana ixrac olunan tütün məhsullarının ümumi dəyəri 29,826 mln dollara bərabər olub.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan tədarük etdiyi siqaret və tütün məmulatlarının həcmində 3 158 882 qutu və ya 85,3% azalma qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi