Azərbaycan Gürcüstandan şərab idxalını 2 dəfə artırıb

Azərbaycan Gürcüstandan şərab idxalını 2 dəfə artırıb Tbilisi. 5 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycan Gürcüstandan 5 790 şüşə şərab idxal edib.
Biznes
3408
5 Fevral , 2019 11:37
Azərbaycan Gürcüstandan şərab idxalını 2 dəfə artırıb

Tbilisi. 5 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycan Gürcüstandan 5 790 şüşə şərab idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Şərab Agentliyi məlumat yayıb. 

Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 2 dəfə çoxdur. 

Qeyd edək ki, ötən ay Gürcüstan 24 ölkəyə 6,25 mln. şüşə şərab ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22% çoxdur. Hesabat dövründə qonşu ölkənin şərab ixracından gəliri isə 33% artaraq 15,2 mln. ABŞ dollarına çatıb. 

Yanvarda gürcü şərabını ən çox idxal edən ölkələr Rusiya (4 602 218 şüşə), Ukrayna (553 164 şüşə), Çin (281 229 şüşə), Polşa (268 724 şüşə) və Qazaxıstan (156 120 şüşə) olub. 

Son xəbərlər

Orphus sistemi