Azərbaycan Gürcüstandan dondurulmuş ət idxalını artırıb

Azərbaycan Gürcüstandan dondurulmuş ət idxalını artırıb Azərbaycan bu ilin yanvar-may aylarında Gürcüstandan 1 400 ton dondurulmuş mal əti idxal edib.
Biznes
24 iyun 2020 11:20
Azərbaycan Gürcüstandan dondurulmuş ət idxalını artırıb

Azərbaycan bu ilin yanvar-may aylarında Gürcüstandan 1 400 ton dondurulmuş mal əti idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Qonşu ölkənin Azərbaycana ixrac etdiyi qida məhsulunun dəyəri 5,84 milyon ABŞ dollarına bərabər olub.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan tədarük etdiyi dondurulmuş mal ətinin çəkisi 1 390,2 ton və ya 143 dəfə artıb.

Son xəbərlər

Orphus sistemi