Azərbaycan Gürcüstandan diri heyvan idxalını azaldıb

Azərbaycan Gürcüstandan diri heyvan idxalını azaldıb Bu ilin yanvar-oktyabrında Gürcüstandan Azərbaycana 8,5 milyon ABŞ dolları dəyərində 3 683 ton diri iribuynuzlu mal-qara ixrac olunub.
Biznes
19 Noyabr , 2020 14:01
Azərbaycan Gürcüstandan diri heyvan idxalını azaldıb

Bu ilin yanvar-oktyabrında Gürcüstandan Azərbaycana 8,5 milyon ABŞ dolları dəyərində 3 683 ton diri iribuynuzlu mal-qara ixrac olunub.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, həcm baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 25% azdır.

10 ay ərzində Azərbaycan qonşu ölkədən ümumi dəyəri 4,23 milyon ABŞ dolları olan 1 450,1 ton diri qoyun və keçi də idxal edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 26% azdır.

Son xəbərlər

Orphus sistemi