Azərbaycan Gürcüstandan dərman idxalını 3 dəfədən çox azaldıb

Azərbaycan Gürcüstandan dərman idxalını 3 dəfədən çox azaldıb Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 459,9 ton dərman vasitələri idxal edib.
Biznes
19 Avqust , 2019 12:29
Azərbaycan Gürcüstandan dərman idxalını 3 dəfədən çox azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 459,9 ton dərman vasitələri idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkədən Azərbaycana ixrac olunan medikamentlərin ümumi dəyəri 17 905, 3 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi dərman vasitələri həcm baxımından 1 118,9 ton və ya 3,4 dəfə, dəyər baxımından isə 2 328,7 min dollar və ya 11,5% azalıb.

Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstandan ümumi dəyəri 20 234 min dollar olan 1 578, 8 ton dərman preparatı alıb. 

Son xəbərlər

Orphus sistemi