Azərbaycan Gürcüstandan avtomobil idxalını artırıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını artırıb Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 8 820 ədəd avtomobil ixrac olunub.
Biznes
24 İyun , 2020 13:02
Azərbaycan Gürcüstandan avtomobil idxalını artırıb

Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 8 820 ədəd avtomobil ixrac olunub.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Minik maşınlarının ümumi dəyəri 94,6 milyon ABŞ dolları təşkil edib.

İllik müqayisədə Azərbaycanın qonşu ölkədən idxal etdiyi avtomobillərin sayında 2 016 ədəd və ya 1,29 dəfə artım qeydə alınıb.

Hesabat dövründə Gürcüstan Azərbaycana 2,9 milyon ABŞ dolları dəyərində 425 ədəd yük maşını da ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə say 114 ədəd azalıb.

Son xəbərlər

Orphus sistemi