Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfədən çox artırıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfədən çox artırıb Bu ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstandan 7 983 ədəd avtomobil idxal edib.
Biznes
21 Aprel , 2020 11:19
Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstandan 7 983 ədəd avtomobil idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Minik avtomobillərinin ümumi dəyəri 79 195,9 min ABŞ dolları təşkil edib.

İllik müqayisədə qonşu ölkədən Azərbaycana ixrac olunan minik avtomobillərin sayı 4 394 ədəd və yaxud 2,2 dəfə artıb. 

Son xəbərlər

Orphus sistemi