Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfə artırıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfə artırıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstandan 19 988 ədəd avtomobil idxal edib.
Biznes
23 Dekabr , 2019 10:38
Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfə artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstandan 19 988 ədəd avtomobil idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 192 ədəd və yaxud, təxminən, 2 dəfə çoxdur.

On bir ay ərzində Gürcüstandan Azərbaycana gətirilmiş avtomobillərin dəyəri 213,638 milyon ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə 38,1% çoxdur. 

Son xəbərlər

Orphus sistemi