Azərbaycan Gürcüstandan avtomobil idxalını 17% artırıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını 17% artırıb Bu ilin Iyarısında Azərbaycan Gürcüstandan 10 257 ədəd avtomobil idxal edib.
Biznes
20 İyul , 2020 16:13
Azərbaycan Gürcüstandan avtomobil idxalını 17% artırıb

Bu ilin I yarısında Azərbaycan Gürcüstandan 10 257 ədəd avtomobil idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Qonşu ölkədən Azərbaycana ixrac olunan minik avtomobillərinin ümumi dəyəri 114,1 milyon ABŞ dollarına bərabər olub.

Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstandan tədarük etdiyi avtomobillərin sayı 1 520 ədəd, yaxud 17,3% artıb.

Son xəbərlər

Orphus sistemi