Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək Bu il Tbilisidə Azərbaycanla Gürcüstan arasında Hökumətlərarası Komissiyanın iclası, eləcə də iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.
Biznes
29 İyun , 2022 10:59
Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bu il Tbilisidə Azərbaycanla Gürcüstan arasında Hökumətlərarası Komissiyanın iclası, eləcə də iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.

"Report" xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda bildirib.

"Əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Post pandemiya dövründə daha da aktiv olmalıyıq. Bugünki tədbir ikitərəfli əlaqələrə, əməkdaşlığa töhfə verəcək. Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Uzun əsrlər davam edən münasibətlər var, post pandemiya dövründə bir neçə yüksək səviyyəli görüşlər həyata keçirilib. Biz bir sıra istiqamətlərdə əməkdaşlıq edirik", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi