Azərbaycan gürcü şərabının idxalını 30% artırıb

Azərbaycan gürcü şərabının idxalını 30% artırıb Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 98 921 litr təbii üzüm şərabı ixrac olunub.
Biznes
29 Oktyabr , 2020 14:59
Azərbaycan gürcü şərabının idxalını 30% artırıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 98 921 litr təbii üzüm şərabı ixrac olunub.

Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur.

9 aylıq şərab ixracının ümumi dəyəri 410,5 min ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 313 191 litr pivə də idxal edib ki, bu da illik müqayisədə 4,1% çoxdur.

Son xəbərlər

Orphus sistemi