Azərbaycan gürcü şərabının idxalını 21% artırıb

Azərbaycan gürcü şərabının idxalını 21% artırıb Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 158 411 şüşə şərab ixrac edib.
Biznes
8 Sentyabr , 2021 09:54
Azərbaycan gürcü şərabının idxalını 21% artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 158 411 şüşə şərab ixrac edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyindən bildirilir.

Məlumata əsasən, illik müqayisədə Azərbaycan gürcü şərabının idxalını 21 % artırıb.

İlk 8 ayda Gürcüstandan 59 ölkəyə 65 milyon şüşə şərab (+19 %) ixrac edilib. İxracdan 145 milyon ABŞ dolları gəlir əldə olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 13 % çoxdur.

Hesabat dövründə gürcü şərabının ən iri tədarükçülərinin ilk beşliyində Rusiya, Ukrayna, Polşa, Çin və Qazaxıstan yer alıb.

Son xəbərlər

Orphus sistemi